11 Dekabr 2018, Çərşənbə axşamı - 20:21

Sinqapur-2018: Üçüncü sərbəst yürüşlər

Sinqapur-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:10 - 15 Sentyabr, 2018

Sinqapurda məşqlərin 3-cü sessiyası məlumat baxımından məhsuldar sayılmır – qızmar günəş altında asfaltın temperaturu həm sıralanma turunda, həm də yarışda olduğundan yüksəkdir. Amma komandalar mühəndislərin dünənki məlumatlara əsasən sazlanmalara etdikləri düzəlişləri yoxlamaq üçün trasda işləyiblər.

F-1.az xəbər verir ki, Sinqapurda həlledici sessiya sıralanma turu hesab olunduğu üçün komandalar məhz bu sessiyaya hazırlığa diqqət ediblər, ona görə də hamı ancaq HyperSoft tərkiblərdən istifadə edib.

Maks Ferstappen sessiyanın yarısını itirməli olub – ilk dövrəsindən sonra maşını mexaniklərə təhvil verən Maks yarım saatdan sonra trasa qayıda bilib.

Sessiyanın 35-ci dəqiqəsində Fettel yeni HyperSoft-la trasın mütləq rekordunu ələ keçirib – 1:38.054, bu nəticəni yaxşılaşdıran olmayıb.

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:38.05419
27Kimi RəykkönenFerrari1:38.416+ 0:00.36216
344Lyuis HəmiltonMercedes AMG1:38.558+ 0:00.50414
477Valtteri BottasMercedes AMG1:38.603+ 0:00.54917
53Daniel RikkardoRed Bull1:39.186+ 0:01.13214
633Maks FerstappenRed Bull1:39.265+ 0:01.21110
78Roman QrojanHaas1:39.747+ 0:01.69314
831Esteban OkonRacing Point1:40.073+ 0:02.01914
911Serxio PeresRacing Point1:40.231+ 0:02.17714
1014Fernando AlonsoMcLaren1:40.254+ 0:02.20010
1127Niko HülkenberqRenault1:40.450+ 0:02.39617
1220Kevin MaqnussenHaas1:40.559+ 0:02.50513
1355Karlos SaynsRenault1:40.591+ 0:02.53714
1410Pyer QasliToro Rosso1:40.686+ 0:02.63216
152Stoffel VandornMcLaren1:40.798+ 0:02.74415
1616Şarl LeklerSauber1:40.915+ 0:02.86120
1728Brendon HartliToro Rosso1:41.562+ 0:03.50818
1835Sergery SirotkinWilliams1:41.884+ 0:03.83019
199Markus ErikssonSauber1:41.953+ 0:03.89918
2018Ləns StrollWilliams1:42.220+ 0:04.16618

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər , , , ,
Paylaş

logo