Sebastyen Buemidən 100-cü yarışında poul

Səudiyyə Ərəbistanının Diriyah şəhərində elektrik maşınların Formula E çempionatında 2-ci yarış üçün sıralanma turu başa çatıb.

F-1.az xəbər verir ki, qaydalara görə, çempionat iştirakçıları turnir cədvəlindəki yerlərə görə iki qrupa bölünüblər – tək yerdə olan sürücülər bir qrupa, cüt yerdə olan sürücülər digər qrupa.

Dar şəhər küçələrində yarışın nəticəsi start düzümündən çox asılı olduğu üçün sıralanma turu həmişə böyük əhəmiyyət kəsb edir. Keçən yarış sürücülər hamısı yeni maşınlarda əyləc problemləri yaşamışdılar, ona görə də bu dəfə təşkilatçılar elektron əyləcləri adi mexaniki əyləclərlə sığortalayıblar.

Bu dəfə də qrup mərhələsində gözlənilməz nəticələr qeydə alınıb – keçən yarışın qalibi Ceyk Dennis, keçmiş çempionlar Antoniu Feliks da Koşta, Jan Erik Vern, Stoffel Vandorn mübarizəni vaxtından əvvəl dayandırmalı olublar.

!00-cü startına çıxan Sebastyen Buemi isə pley-of qaydası tətbiq olunandan sonra ilk dəfə qrup mərhələsini adlaya bilib. McLaren, Jaguar və Mahindra komandaları isə tam heyətlə duel mərhələsinə keçiblər.

1/4 mərhələsində ən yaxşı nəticəni Səm Börd göstərib, onunla yanaşı Buemi, Ceyk Hyuz və Dən Tiktum yarımfinala yüksəliblər.

İlk 1/2 qarşılaşmasında Tiktum böyük fərqlə irəlidə olsa da, məsafənin sonunda səhvə yol verərək, Hyuzu finala buraxıb. Digər qarşılaşmada da sürücü səhvi yekun nəticəyə təsir edib və bu dəfə Buemu finala yüksəlib.

Finalda isə sentrion (100-cü yarış) Buemi debütant Hyuzu və McLaren-i cüzi fərqlə ilk poulundan məhrum edib. Finiş xəttində rəqibləri cəmi 0.06 saniyə ayırıb.

Həfrəsonunun ilk yarışı Bakı vaxtı ilə saat 21:03-də başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*