Günter Cakartada ardıcıl 2-ci poulunu qazanıb

Bu gün İndoneziyanın paytaxtı Cakartada elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 11-ci yarışı üçün sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, dünən baş tutan sessiyalardan sonra tras işlənmiş rezin qatı ilə örtülüb, sürücülər trasa daha yaxşı bələd olublar və nəticədə bu gün sürətlər qalxıb. Mübarizə də daha sıx və gərgin alınıb.

Yenə də qaydaya görə, əvvəlcə çempionatdakı cüt və tək yerlərin sahibləri A və B qruplarında ən güclü 4 sürücünü müəyyən etməyə başlayıblar.

A qrupunda ən yaxşı nəticəni Ceyk Dennis göstərib. Britaniyalı sürücü Saşa Fenestrazı, Mitç Evansı və Ceyk Hyuzu qabaqlayıb. İlk dördlük 0.166 saniyəyə yerləşib. Mövsümün lideri Nik Kəssidi 0.023 saniyə ilk dördlüyə uduzub. Bütün qrup isə 0.5 saniyənin içində olub.

B qrupunda Maserati komandasının sürücüləri hamıdan sürətli olublar. Dünənki poulun sahibi Maksimilan Günter bu dəfə də komanda yoldaşı Edoardo Mortaranı cəmi 0.008 saniyə üstələyib. Dünənki yarışın qalibi Paskal Verlyayn liderə 0.100 saniyə, Stoffel Vandorn isə 0.186 saniyə uduzub. İkiqat çempion Jan Erik Vern komanda yoldaşına cəmi 0.001 saniyə uduzub.

A qrupunda ilk dueldə Evans Fenestrazı üstələyib. Britaniyalı Ceyklərin qarşıdurması isə Dennisin xeyrinə başa çatıb. B qrupunda isə Mortara Verlyaynı, Günter isə Vandornu məğlub ediblər.

A qrupunun finalında ilk cütlük son metrlərə qədər sıx mübarizə aparıblar və Dennis finiş xəttin 0.001 saniyə fərqlə üstünlüyü öz tərəfinə keçirə bilib. B qrupunda isə Amserati-nin sürücüləri üz-üzə gəliblər: yenə də gənc Günter təcrübəli komanda yoldaşı Rastı üztələyərək ardıcıl 2-ci finalına yüksəlib.

Final isə yenə də dünənkinin təkrarı alınıb. Maserati komandasının almaniyalı sürücüsü Maksimilian Günter Andretti komandasından Ceyk Dennisə heç bir şans verməyib.

Bakı vaxtı ilə günorta başlayacaq yarış dünənkindən maraqlı olmalıdır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*