Rəsmən: Formula E-nin Çin mərhələsi təxirə salınıb

Bir neçə gün öncə FİA, çempionatın və yarışın təşkilatçıları Sanya şəhərində mövsümün 4-cü yarışın keçiriləcəyinə ümid etdiklərini açılqsalar da, bu gün mərhələnin təxirə salındığı rəsmən elan olunub.

F-1.az bildirir ki, keçən il elektrik maşınların Çinin Sanya kurort şəhərində keçirlmiş mərhələsindən sonra builki yarışa maraq hədsiz dərəcədə artmışdı, amma təəssüf ki, son günlər bu ərazidə baş qaldıran xəstəlik sürət həvəskarlarını məyus edəcək qərarın qəbul olunması ilə nəticələnib.

FİA-nın vəziyyətlə bağlı yaydığı rəsmi relizdə deyilir: “Koronavirusun yayılmasının davam etməsi ilə əlaqədar olaraq və Haynan əyalətinin müvafiq şöbələri və Sanya şəhər rəhbərliyi ilə birlikdə sıx məsləhətləşmələrdən sonra FİA Çin Avtomobil və Nəqliyyat Federasiyası (CAMF) və regional tərəfdaşlarla birlikdə Formula E-nin martın 21-nə planlaşdırılan yarışın Sanya şəhərində keçirilməməsi qərara alındı.

Getdikcə artan həyəcan siqnalı nəzərə alaraq və Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılmasını beynəlxalq miqyasda fövqəladə vəziyyət elan etdikdən sonra, Formula E işçilərinin, çempionat iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini təmin etmək lazımi tədbirlər görür – bütün bunlar vacib əhəmiyyət kəsb edən amillər olaraq qalır.

Vəziyyəti izləməyə davam edərək Haynandakı regional tərəfdaşlarımız və yerli hakimiyyət orqanları ilə sıx işləyirik. Vəziyyət yaxşılaşarsa, yarışın mümkün alternativ tarixlərə köçürülməsi məsələsini öyrənmək üçün bütün tərəflərə bir az vaxt lazımdır”.

FİA aprel ayında Şanxayda baş tutacaq Formula1-in 4-cü mərhələsi barədə də əlavə qərar qəbul etməlidir – qərarın yaxın günlərdə veriləcəyi gözlənilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*