S.Vandorn: “Battonun test etməməsi problem yaratmayacaq”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Battonun builki bolidlərlə test etməməsi komanda yoldaşına problem yaratmayacaq.

F-1.az xatırladır ki, Fernando Alonso İndy500 yarışında iştirak etməyə qərar verdikdən sonra McLaren komandası Monakoda yarışmaq üçün ispaniyalının əvəzinə Battonu gətirib. Lakin 37 yaşlı Batton MCL32 ilə heç bir testdə iştirak etməyib.

Stoffel Vandorn: “O güclü olacaq. Doğrudur, bir müddətdir bolid sürmür və bura Monakodur. Amma Monako aşağı sürətli trasdır. Battonun 17 illik Formula1 karyerası var və sükanı fırlatmağı bacarır. Monakoda əvvəllər qalib gəlib. Buna görə də problem yaşayacağını gözləmirəm.

Doğrudur, yeni bolidlər daha sürətlidirlər, lakin aşağı sürətli döngələrdə sürətlər keçənilkinə yaxındır. Bir az sürətlidirlər. Formula1-də 17 il keçirib və sürətli bolidlər sürüb. Buna görə də tez bir zamanda adaptasiya olacağına əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*