R.Haryanto Almaniyada yarışacaq

Rio Haryanto Almaniyada Manor ilə yarışacaq...

F-1.az xəbər vermişdi ki, indoneziyalı sürücü Manor ilə 11 yarışlıq müqavilə imzalayıb. Buna görə də Haryantonun Almaniyada yarışacağı sual altında idi. Amma müqaviləyə baxmayaraq, vaxt azlığı və qısa müddət ərzində sürücü transfer etməyin çətin olduğunu nəzərə alan Manor komandası, indoneziyalı sürücü ilə bir yarış da keçirə bilər. Haryanto Almaniyada yarışacaq. Amma daha uzunmüddətli müqavilə üçün Haryantonun menecerlərinin Belçika yarışından əvvəl bir ay vaxtları olacaq.

Amma Haryantonun yerinə başqa alternativlərin də gəlməsi hələ gündəmdədir. Namizədlər arasında Manor-un ehtiyat sürücüsü Aleksander Rossi, Uill Stivens və Stoffel Vandorn var. Amma McLaren Vandornun Manor-a keçəcəyi ilə bağlı söz-söhbətləri təkzib edib və bu yer üçün iki namizəd qalıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*