Ş.Lekler: Titul çətin məsələdir

Şarl Lekler komandası Ferrari-dən inciməyib.

F-1.az xatırldır ki, monakolu sürücünün əyləc kanalına ilk dövrədə vizor plyonkası girib. Buna görə də o erkən pit-stop etməli olub. Bundan sonra Lekler yaxşı templə gedərək 5-ci yerə qədər yüksəlib. Amma komanda ən sürətli dövrəyə görə onu 43-cü dövrədə pitə çağırıb, amma Lekler pit yolunda sürət həddini aşdığı üçün nəticəsinə 5 saniyə əlavə olunub. Beləliklə, Şarl yekunda 6-cı yerlə barışmalı olub.

Şarl Lekler: “Düzünü desəm, startdan sonra ümidim var idi. Daha sonra əyləclərdə problemlər yaşadım və buna görə də hər şeyə yenidən başlamalı olduq. Ondan sonra bilirdim ki, çətin olacaq. Altıncı yerə görə məyusam.

Pit yolu cəzası bəxtsizlik deyildi. Mənim səhvim idi. Lakin tempimiz yox idi. Bu problemin üzərində işləməliyik. Red Bull-un yarış tempindən sonra titul qazanmaq çətindir. Lakin çətin olsa da, yenə də əlimdən gələni edəcəm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*