S.Abitebul: Qərar vermək çətindir

F-1.az bildirir ki, Renault F1-in rəhbəri Siril Abitebul Auto Hebdo-ya müsahibəsində Rikkardonun karyerasını harada davam etdirəcəyi məsələsinə də toxunub.

Siril Abitebul: “Bu, bizim üçün də, Rikkardo üçün də asan deyil. Qərar vermək üçün onun komandamızda olduğu ikinci mövsümün gedişatını, əməkdaşlığımızı və əldə edilən inkişafı dəyərləndirmək istədik. Lakin pandemiya hər şeyi alt-üst etdi. Vaxt azalır və gələcəyi üçün variantlara baxmaq istəyir.

Daniel bizim üçün seçimlərdən biridir, lakin başqa sürücülər də var. Yarışların olmaması qərar qəbul etməyi çətinləşdirir, lakin heç nə edə bilmərik. Komandanın gələcəyi üçün strateji əhəmiyyət kəsb etdiyindən, Jerom Stoll və Alen Prostla müqaviləni müzakirə edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*