Rikkardo McLaren-i məyus edib

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Rikkardonun zəif performansı onları məyus edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2021-ci ildə McLaren-ə gəlib və iki mövsümdür ki, gözlənilən performansı göstərə bilmir.

Andreas Zaydl: “Daniel Rikkardonun builki performansına baxsanız, onun da, bizim də məyus olduğumuzu anlayarsınız. Lakin məyus olmaq bizə kömək etmir. Hirslə və istəklə işləməyə davam etməliyik. Bolidi təkmilləşdirmək üçün çox işlədik. Onun daha yaxşı performans göstərməsi üçün hər şey etdik. O da performansını artırmaq üçün bazada mühəndislərlə işləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*