R.Şumaxer: Mik hər komanda üçün faydalı ola bilər

Ötən mövsümün sonunda Haas-dan ayrılmalı olan Mik Şumaxer son ayların ən çox müzakirə olunan simalarından biridir.

F-1.az xəbər verir ki, gənc Şumaxerin əmisi onun istənilən komandaya xeyir verə biləcəyini düşünür.

Ralf Şumaxer: “Mikin iştirakı istənilən komandaya xeyir verəcək. Müasir maşınları tanıyır, onlarla yarışıb və təcrübəsi var. Bütün traslara bələddir. Üstəlik, onun özü üçün də Mercedes-lə əməkdaşlıq əla fürsətdir.

Nəzəri cəhətdən o, mövsüm ərzində dörd sərbəst yürüşlərdə iştirak edə bilər ki, bu da gələcəkdə əsas pilot kimi müqavilə şanslarını artıracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*