B.Ekklstoun: Mik başqa seriyaya getməlidir

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Mik Şumaxer üçün Formula1-in kitabı bağlanıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Haas ilə Formula1-də debüt etmişdi. Lakin o indiyə kimi stabil performans göstərə bilmir. Üstəlik çox qəza edərək, onsuz da maliyyəsi az olan Haas komandasını lap pis vəziyyətdə qoyur.

Bəzi dedi-qodulara görə onu gələn il Niko Hulkenberq əvəz edəcək. Belə olan halda, əfsanəvi Mixael Şuaxerin oğlu işsiz qalacaq.

Berni Ekklstoun: “Formula1-də yaşın önəmi yoxdur. Burada əsas psixologiyadır.Xuan Manuel Fanxio təqaüd yaşında yarış karyerasına başlamışdı.

Mikin idmanda qalacağını zənn etmirəm. O, performansı ilə insanları məyus etdi. Bilmirəm özü zəif idi ya komandadan idi, amma artıq güclü bir komandanın onu istəyəcəyini düşünmürəm. Məncə, artıq Formula1-i unutmalı və başqa seriyalarda yarışmağa fokuslanmalıdır. Belə olan halda qələbə uğrunda mübarizə apara bilər.

Bəlkə də, çətin vaxtlarında danışmaq üçün birinə ehtiyacı var. Bəzilərinin belə adama ehtiyacı yoxdur. Ferstappeni dənizə atsanız, üzməyi bacarmasa da, oradan xilas olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*