Palmer: Kimi üçün əsas rəqib Corc olaraq qalır

Keçmiş sürücülər, hazırda çempionatın rəsmi saytının ekspertləri Colion Palmer və Ceyms Hinçkliff Mercedes komandasının gənc ulduzu Kimi Antonellinin titul qazanmasına hansı amillərin mane ola biləcəyi barədə fikir ayrılığına düşüblər.

Avqustun sonunda 20 yaşını qeyd edəcək italiyalı sürücü bu mövsümdə artıq beş qələbə qazanıb, lakin sonuncu dəfə podiumun ən yüksək pilləsinə Monakoda qalxıb. Ondan sonra çətinliklər başlayıb: xüsusən Barselona və Silverstounda maşınla bağlı problemlərə görə xal toplaya bilməyib. Avstriya mərhələsində Kimi özü etiraf edib ki, çox səhvə yol verib, həmçinin Mercedes-də komanda yoldaşı Corc Rassell sadəcə daha sürətli idi.

Lakin Kanadada Rassellin də üzü gülməyib – yarışda lider olanda maşını sıradan çıxmışdı. Bununla belə, mövsümün doqquzuncu mərhələsinə qədər onun Antonellidən geri qalması 25 xala endi – məhz Qran Pri qalibi bu qədər xala sahib olur.

Renault-un heyətində Formula1-də çıxış etmiş Colion Palmer hesab edir ki, Kimi üçün əsas təhlükə ən çox təcrübəli komanda yoldaşından gəlir; o, Avstriya mərhələsində həm kvalifikasiyanı, həm də yarışı qazanmaqla ruhlanıb.

“Mən deyərdim ki, Kimi üçün əsas təhlükə hələ də Corcdur, – deyə Colion F1 Nation podkastının son buraxılışında söyləyib. – Corc üçün yaxşı tərəf ondadır ki, nəticələr səviyyəsini nəzərə alanda o, komanda yoldaşına cəmi 25 xalla uduzur. Amma ötən ilin nümunəsindən xatırlayırıq ki, Lando Norris mövsümün sonuna doğru daha da sürətləndi, Oskar Piastri isə davamlı olaraq yüksək formanı qoruya bilmədi.

Amma Kiminin son yarışlarda bəxti gətirmir. Sürücü ilin müxtəlif dövrlərində işlərin necə cərəyan edə biləcəyinə hazır olmalıdır – məhz bu, artıq Mercedes-lə baş verir. Buna o, təsir göstərə bilməz; amma əgər maşın sıradan çıxmağa davam edərsə, Antonelli çempionluğu əldən verə bilər.

“Məncə, indi hər şey Rasselldən asılıdır – onun Melburndə göstərdiyi kimi yarışları eyni tərzdə keçirə biləcəkmi; o zaman elə görünürdü ki, biz yenidən Corcu keçənilki formada görürük”, – 11 mövsüm IndyCar-da çıxış etmiş və bu müddətdə 6 qələbə qazanmış 39 yaşlı kanadalı Ceyms Colionla razılaşmır və hesab edir ki, Antonelliyə ən böyük maneə texnikanın etibarsızlığıdır.

“Bilmirəm, Corc bu il zəifləyib, yoxsa Kimi sadəcə əsl sürətini göstərməyə başlayıb, – deyə Palmerin sözlərinə Hinçkliff reaksiya verib. – Onu trasda və maşının necə davrandığını görəndə, duellərdə hansı aqressiya ilə çıxış etdiyini, təkər-təkərə mübarizədə necə davrandığını görürəm. Bu baxımdan mən onun əleyhinə mərc etməzdim. Görünən odur ki, onun əsas problemi hazırda texniki nasazlıqlar, etibarsızlıqdır və mən Corcun ciddi şəkildə gücləndiyini demərdim.

Keçən il biz deyirdik ki, Rassell bəlkə də çempionatın ən sabit sürücülərindən biridir, çünki o, ən sürətli maşına sahib olmamasına baxmayaraq əla çıxış edirdi. İndi isə mövsümün üçdəbirindən çoxu geridə qalıb və dürüst desəm, yalnız iki, bəlkə üç həftəsonu olub ki, Corc bütün günlərdə Kimidən öndə olub.

Hətta cümə və şənbə günləri yaxşı görünə bilər, amma bazar günü Antonelli komandayaşından bir qədər sürətli olur və yarışlarda məhz bu önəmlidir. Statistikaya əsasən, müxtəlif səbəblərdən bu maşın Corc üçün o qədər də uyğun deyil – eynilə keçmiş nəsil maşınlar Lyuis Həmiltona da xoş gəlmirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*