P.Qasli yarışa pit yolundan başlayacaq

AlphaTauri komandasının sürücüsü Pyer Qasli yarışa pit yolundan başlayacaq.

F-1.az xatırladır ki, fransalı sürücü dünənki sıralanma turunda əyləc problemləri yaşamış və geridə qalmışdı. Buna görə də onu çətin yarış gözləyirdi.

Amma yarışın başlamasına az qalmış AlphaTauri komandası Qasliyə yeni arxa qanad verib və ön asılqanların sazlanmasını dəyişib. Qaydalara görə yarışdan əvvəl buna icazə verilmir. Buna görə Pyer yarışa pit yolundan başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*