P.di Resta: Alonsodan gözləməzdim

Sabiq Formula1 sürücüsü Pol di Resta bildirib ki, Fernando Alonsodan belə zəif performans gözləmirmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü idmanda iki ildən sonra qayıdıb və ilk 5 yarışın hamısında komanda yoldaşı Okondan geridə qalıb. Lakin əksər komanda dəyişdirən ya da idmana yeni gələn sürücülər bu il çox problem yaşayırlar. Bunun əsas səbəbi isə reqlamentin demək olar ki, keçən illə eyni qalmasıdır.

Pol di Resta: “Estebanın performansına baxsaq, Alonso hazırda problem yaşayır. Fernandonun təcrübəsini nəzərə alanda onun belə problem yaşayacağını düşünməzdim. Müasir dövrdə bolidləri anlamaq çətindir. Buna görə də Alonso çətinlik çəkir. Ona vaxt lazımdır. Bolidə öyrəşəndən sonra rəqiblərinə əsl başağrısı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*