N.de Friz: Həyatımboyu bunu gözləmişəm

Alphatauri komandasının sürücüsü Nik de Friz karyerasının ilk yarışından əvvəl həyəcanlıdır.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il ilk tam mövsümünü keçirəcək.

Nik de Friz: “Mövsümün ilk yarışına hazıram. Həyatımboyu bu anı gözləmişəm və hazıram. Testlər yaxşı keçdi. Çoxlu dövrə vurduq və proqramımızı tamamladıq. Bolid barədə çox şey öyrəndik və çox şeyi yoxladıq.

Yarış üçün çox şeyi təhlil etməli idik. Orta qrupda mübarizə çox sıxdır və güc balansını dəyərləndrimək çətindir. Ümid edirəm ki, bu qrupda yaxşı mübarizə apararıq.

Məncə, 0.2 saniyə belə trasda çox fərq yarada bilər. Hər həftə güc balansı dəyişəcək. Artıq hər şey daha çətin olacaq və biz əlimizdən gələni etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*