Mayami çətin yarışlar siyahısındadır

Mercedes komandasının texniki direktoru Mayk Elliot düşünür ki, Mayami artıq çətin yarışlar siyahısındadır.

F-1.az xatırladır ki, Mayamidə həftəsonu ərzində hava temperaturu 30 dərəcədən yüksək olub. Bu da sürücülərin işini çətinləşdirib. Belə hallarda sürücülər 3 kiloya qədər çəki itirirlər.

Sinqapur isti hava və nəmə görə təqvimin ən çətin yarışı sayılır. Lakin belə görünür ki, Mayami də sürücülər üçün çətin keçib.

Mayk Elliot: “Deyəsən Corc müsahibəsində yarışın çətin keçdiyini demişdi. İsti və nəm havada mübarizə aparırdı. Belə olan halda sürücülər çox tərləyirlər və babat çəki itirirlər.

Əminəm ki, keçmişdə daha çətin yarışlar görüblər. Malaziya isti hava və nəmə görə çətin yarış idi, lakin Mayami də artıq o sıradadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*