M.Şumaxer iki ildən sonra F1-də yarışacaq

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Mik Şumaxer iki il ərzində Formula1-də debüt edəcək.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Mixael Şumaxerin oğlu Mik keçən il Avropa Formula3 çempionatının qalibi olub. Bu il F2-də debüt edən 20 yaşlı sürücü 1 yarış qazanıb və hazırda 11-ci yerdədir.

Niko Hülkenberq: “Ən geci iki ildən sonra Mik Şumaxeri Formula1-də görəcəyik. İndi isə ona inkişafı üçün kömək edilməlidir. Hazırda F1 bolidi sürmək karyerama başladığımdan daha asandır. Asfaltayatma qüvvəsi çox olduğu üçün idarə etmək çətindir, ancaq səhvləri bağışlayan maşınlardır. On il əvvəlki bolidlər kimi tələbkar deyillər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*