N.Hülkenberq İndyCar-a gedir?

Renault komandasının sürücüsü Niko Hülkenberq gələn il İndycar-da çıxış edə bilər.

F-1.az bildirir ki, bəzi dedi-qodulara görə almaniyalı sürücü İndyCar komandalarından olan Ed Carpenter ilə müqavilə bağlayıb. 32 yaşlı pilot da İndyCar-da yarışmağa meyllidir: “Heç bir yerlə müqavilə bağlamamışam və bunu tezliklə etmək istəyirəm. Mənə fərqli yerlərdən zənglər gəlib, amma hələki heç nə yoxdur. Lakin İndyCar-ı dəyərləndirirəm. Lakin tələsməyəcəm. Sadəcə yarışmaq istəyirəm və rahatam. Ancaq oval trasları sevmirəm. Sadəcə normal traslarda sürəcəm.

Hazırda heç kimlə danışıqlar aparmıram, səninlə danışıram…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*