Bala Şumaxer atasının yolu ilə gedir

Əfsanəvi Mixael Şumaxerin oğlu Mik gələn ildən etibarən Formula2-də yarışa bilər.

F-1.az xatırladır ki, oğul Şumaxer hazırda Avropa F3 seriyasında mübarizə aparır və hazırda liderə 36 xal uduzaraq 4-cüdür.

Almaniya mətbuatının xəbərinə görə, 99-cu il təvəllüdlü sürücü Montsada Formula2 komandalarından ART ilə danışıqlar aparıb.

Qeyd edək ki, Şumaxer bu həftə ilk dəfə DTM maşını ilə də test edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*