F.Tost: Şumaxerə üç il lazımdır

AlphaTauri komandasının rəhbəri Frants Tost düşünür ki, Mik Şumaxerin Ferrari-yə keçməsi üçün üç ilə ehtiyacı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü hazırda Haas komandasında yarışır. Mik bu il nisbətən güclü maşına sahib olsa da, komanda yoldaşı Kevin Maqnussendən geri qalır.

Frants Tost: “Ferrari üçün daha üç il yarışmalıdır. Müasir dövrdə Formula1 çox qarışıq idman növüdür. Bir sürücünün yüksək səviyyədə çıxış etməsi üçün üç il lazımdır. Corc Rassell və Şarl Lekler də bir neçə il gözləməli oldu. Əvvəlcə komanda yoldaşı Kevin Maqnusseni məğlub etməlidir və Hass ilə uğur qazanmalıdır. Hazırda onun işi budur”.

Qeyd edək ki, Frants Tost keçmişdə Mikin həm atası Mixael Şumaxerə, həm də əmisi Ralf Şumaxerə məsləhətçilik edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*