Haas komandasının sürücüləri yeni qazburaxma sisteminə keçiblər

Haas komandasının sürücüləri İspaniyada yeni qazburaxma sisteminə keçiblər.

F-1.az xatırladır ki, Amerika təmsilçisi hazırda peletonun ən zəif komandasıdır. Lakin bu dəyişiklik onlara heç bir üstünlük gətirməyəcək, çünki komanda rəhbərliyi əvvəldən də qeyd etdiyi kimi onlar mövsümboyu heç bir yenilik gətirməyəcəklər.

İspaniya yarışından əvvəl yayılan texniki raporta görə Mik Şumaxer və Nikita Mazepin yeni qazburaxma sisteminə keçiblər. Beləliklə, onlar bu il ikinci qazburaxma sistemindən istifadə edəcəklər. Bu mövsüm 8 qazburaxma sisteminə icazə olduğu üçün bu dəyişiklik də çox vacibdir.

Beləliklə, bu il hər hansı bir detalını dəyişməyən komanda – Mercedes, McLaren, Aston Martin və Williams – qalıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*