L.Həmilton şoka düşüb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Avstraliya Qran Prisinin sırlanma turundakı sürətinə təəccüblənib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində zəif görünsələr də, Albert Parkda sıralanma turunda ilk cərgəni tutublar.

Lyuis Həmilton: “Testlərdən sonra bazaya qayıtdıq və nə edəcəyimizi bilirdik. Özümü yaxşı hiss etdim. Paketimiz yaxşı işləyirdi. Amma bilirdik ki, ən sürətli komanda deyilik. Bizə testlərin xülasəsi göstərilmişdi və Ferrari-dən geridə idik. Ondan sonra yenilik gətirmədik, amma bolidi daha yaşı anlamağa başladıq. Dünən Ferrari əvvəl bizimlə eyni temdə getdi. Daha sonra bir az zəiflədilər. Bugünkünü isə gözləmirdim. Şok oldum. Ancaq inanıram ki, növbəti yarışlarda inkişaf edəcəklər.

Son cəhdim əvvəlkindən daha yaxşı idi. İlk dövrəmdə səhv etdim və heç kim bunu məndən gözləmir. Bir az sürüşdüm, amma sonra davam etdim. Mövsümə əla başladıq. Valtteri də inanılmaz idi. Poul almaq üçün var qüvvəmi qoymalı oldum”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*