L.Həmilton 300-cü yarışına çıxacaq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu həftəsonu Fransada 300-cü yarışına çıxacaq.

F-1.az xatırladır ki, britaniyalı pilot Formula1-də 2007-ci ildə debüt edib və 7 dəfə Dünya Çempionu titulunu qazanıb. O, bu həftə 300-cü yarışına çıxacaq.

Həmilton 2020-ci ilin Saxir yarışında koronavirusa yoluxduğu üçün yarışı buraxmışdı. Bundan başqa bütün yarışlarda iştirak edib. Formula1 tarixində 300 yarış görən 5 sürücü – Kimi Rəikkönün, Fernando Alonso, Rubens Barrikello, Mixael Şumaxer və Censon Batton – olub. Həmilton bu uğura yiyələnən 6-cı pilot olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*