K.Maqnussen Lorenzo Bandini mükafatını alıb

Haas komandasının sürücüsü Kevin Maqnussen İtaliyada Lorenzo Bandini mükafatına alyiq görülüb.

F-1.az xatırladır ki, danimarkalı sürücü bu il idmana qayıtmış və gözəl performans göstərmişdi. Buna görə də bu mükafata sentyabr ayında layiq görülmüşdü.

Kevin Maqnussen: “Lorenzo Bandini mükafatını qazaqnmaq mənim üçün böyük şərəfdir. Keçmişdə bu mükafatı qazanana sürücülərə baxanda məni niyə buna layiq bildilr, anlamıram. Çox qürurluyam.

Haas kiçik komandadır və Formula1-də belə çıxış etmək çox çətindir. Braziliyada qazandığımız poul unudulmaz idi. Növbəti hədəfim podiuma yüksəlməkdir”.

Qeyd edək ki, Lorenzo Bandini 1967-ci ilin Monako yarışında qəza edərək dünyasını dəyişib. Bu mükafat da onun adına verilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*