K.Horner: Rekordlar Maks üçün vacibdir

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, Maks Ferstappen bütün rekordlara fikir verir.

F-1.az xatırladır ki, Maks Ferstappen Azərbaycanda ikinci olduqdan sonra keçirilən 10 yarışın hamısını qazanıb və yeni rekorda imza atıb. O, ardıcıl ən çox qələbə qazanan sürücü statusunu Sebastyan Fettelin əlindən alıb.

Niderlandlı sürücü həmişə rekordlarla maraqlanmadığını desə də, bu mövzuda çox emosionaldır.

Kristian Horner: “Maks yarışlardan əvvəl gərgin olmur. Ancaq həmişəkindən daha çox fokuslanır. Bu rekord onun üçün əhəmiyyət kəsb edirdi. Yarışı ilk iki yerdə bitirmək və Maksın ardıcıl 10-cu qələbəsini görmək möhtəşəmdir”.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə bunları deyib: “Maks üçün bu qələbə seriyası vacib idi. Şəxsən mənim üçün bu komandanın 100-cü qələbəsi daha xüsusi idi, amma qələbə seriyası Maks üçün mükəmməldir.

Maks yarışdan əvvəl bir az gərgin idi. Onun üçün bu rekordu qırmaq vacib idi. Artıq rekord ondadır. Buna görə də növbəti yarışlarda daha rahat Maks görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*