K.Çandhok: Tsunoda inkişaf etməlidir

Sabiq Formula1 sürücüsü Karun Çandhok bildirib ki, bu il Tsunoda üçün çox vacibdir.

F-1.az xatırladır ki, AlphaTauri komandası bu il Qaslinin əvəzinə Nik de Frizi transfer edib. Bu niderlandlı sürücünün Formula1-dəki ilk tam mövsümüdür. Bu isə o deməkdir ki, üçüncü mövsümünü keçirən Yuki Tsunoda komandanın ən təcrübəli pilotudur.

Karun Çandhok: “Nikə debütant demək qəribədir. Məncə, uzun illərdir buradadır. Nik sürətli sürücüdür və Formula1-də yarışmağa layiqdir. Alphatauri ona bu fürsəti veridyi üçün çox sevinirəm.

Digər tərəfdə yuki irəliyə doğru addım atmalıdır. Hazırda komandanın təcrübəli sürücüsü odur və Formula2-də yarışan Ayumu İvasa onun yerinə göz qoyub. Buna görə də Niki məğlub etməlidir.

De Frizin üzərində təzyiq yoxdur. İstedadını tam olaraq göstərə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*