Monako-2022: Üçüncü sərbəst yürüşlər

Dünən heç də hamı düzgün sazlanmaları tapa bilməyib. Ona görə də, bu gün yenidən əksər sürücülər sazlanmalar üzərində işləyiblər.

F-1.az bildirir ki, bu gün yenə də asfaltın temperaturu +50 dərəcədən yuxarı qalxıb. Yarışın nisbətən sərin və yağışlı havada baş tutma ehtimalı var, buna görə də, yarış sazlanmaları üzərində işləmək çox da əhəmiyyət daşımayıb. Bir çoxları məşqlərin ilk dəqiqələrini buraxıblar və daha sonra trasa çıxıblar.

Cümə günü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə az insident baş verib. Stroll və Sayns ilk döngədə təhlükəsizlik cibinə düşüb, Ferstappen isə sürətini azaldan Çjou ilə toqquşmamaq üçün döngəni kəsməli olub. Sayns 19-cu döngədə Strolla mane olub və stüardlar bu insidenti daha sonra araşdıracaqlar. Daha sonra isə Stroolun maşını maneəyə çırpılıb və asılqanı qırılıb. Kanadalı sürücü boksa qayıdıb.

Protokollara bu dəfə Serxio Peres kiçik üstünlüklə başçılıq edib – 1:12.476. Bizi gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:12.476 26
2 16 Şarl Lekler Ferrari 1:12.517 + 0:00.041 28
3 55 Karlos Sayns Ferrari 1:12.846 + 0:00.370 28
4 1 Maks Ferstapen Red Bull 1:12.881 + 0:00.405 28
5 10 Pyer Qasli AlphaTauri 1:13.210 + 0:00.734 21
6 4 Lando Norris McLaren 1:13.226 + 0:00.750 18
7 44 Lyuis Həmilton Mercedes 1:13.375 + 0:00.899 25
8 20 Kevin Maqnussen Haas 1:13.436 + 0:00.960 23
9 63 Corc Rassell Mercedes 1:13.476 + 0:01.000 25
10 14 Fernando Alonso Alpine 1:13.585 + 0:01.109 23
11 22 Yuki Tsunoda AlphaTauri 1:13.645 + 0:01.169 25
12 47 Mik Şumaxer Haas 1:13.827 + 0:01.351 25
13 5 Sebastyan Fettel Aston Martin 1:13.838 + 0:01.362 27
14 77 Valtteri Bottas Alfa Romeo 1:13.849 + 0:01.373 24
15 23 Aleksander Elbon Williams 1:13.882 + 0:01.406 21
16 3 Daniel Rikkardo McLaren 1:14.104 + 0:01.628 29
17 31 Esteban Okon Alpine 1:14.260 + 0:01.784 21
18 18 Ləns Stroll Aston Martin 1:14.639 + 0:02.163 20
19 24 Quanyu Çjou Alfa Romeo 1:14.861 + 0:02.385 24
20 6 Nikolas Latifi Williams 1:14.910 + 0:02.434 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*