İtaliya Avtomobil Klubunun (ACI) prezidenti Ceronimo La Russa bəyan edib ki, beynəlxalq vəziyyət Formula1 təqvimində yeni dəyişikliklər tələb edərsə, təşkilat hökumət və idman qurumları ilə birlikdə daha bir mərhələ keçirməyə hazırdır.
La Russanın sözlərinə görə, ACI artıq İmolada Formula1 mərhələsinin keçirilməsi üçün ilkin təşkilati işlərə başlayıb, lakin o əlavə edib ki, yekun qərar hələ qəbul olunmayıb.





