Gəlin trasımızın döngələrinə ad verək!

Hər bir azərbaycanlı Formula1 azarkeşinin səbirsizliklə gözlədiyi 17 iyun tarixinə iki ay yarımdan az bir vaxt qalır. Bildiyimiz kimi, 17-19 iyun tarixlərində Bakı şəhərində Avropa Qran Prisi adı ilə Formula1 çempionatının səkkizinci mərhələsi keşiriləcək. Azərbaycanın tarixində ilk dəfə olaraq paytaxtımız belə bir mötəbər yarışa ev sahibliyi edəcək. Bakı sakinlərinin də şahidi olduğu kimi, yarışın keçirələcəyi trasın hazırlıq işləri tam sürətlə davam edir.
Biz isə, öz növbəsində bir məsələyə toxunmaq istəyirik. Mütəxəssislərin də bildirdiyinə görə, bizim tras şəhər traslarının içərisində ən sürətlisi və ən maraqlısıdır. Bu yaxınlarda Bakıda olmuş Avropa Qran Prisinin elçisi, ikiqat dünya çempionu Fernando Alonso da bizim trasa yüksək qiymət vermiş və maraqlı yarışın keçəcəyini bildirmişdi. Bu bizi sevindirməyə bilməz, çünki vətənimizdə keçiriləcək ilk Qran Prinin maraq, həyacan və ehtirasla bol olması hər birimizin arzusudur.

Gələk toxunmaq istədiyimiz məqama. Əgər Bakı trasının xəritəsinə baxsanız, 20 döngənin olduğunu görərsiniz. Hər bir döngə 1-dən başlayaraq 20-yə qədər nömrələnib. Mən isə, öz tərəfimdən, bu döngələrə adların verilməsini təklif edirəm.

F-1.az xatırladır ki, Formula1 təqvimində olan bir çox köhnə trasların döngələrinin müxtəlif adlarının olduğu hər bir Formula1 azarkeşinə məlumdur və bu adların bir çoxu artıq milyonların hafizəsində həkk olunub.

Eau Rouge
Spa trası, Eau Rouge (qırmızı su) döngəsi

Bunlara misal olaraq, elə Monako knyazlığının küçələrində yerləşən trasın döngələrinin adlarını yada salmaq olar: La Rascasse, Sainte Devote, Casino, Tabac, Mirabeau. Yaxud digər bir məşhur döngəni – Spa trasında olan Eau Rouge (tərcümədə “qırmızı su” deməkdir) göstərmək olar.

Çox misallar çəkmək olar. Lakin vaxtınızı bunlarla almaq fikrindən uzağam. Sözün qısası, təklif edirəm ki, bizim də trasın döngələrinə adlar verək. Mənim təklif etdiyim ideya bizim trasın döngələrinə Formula1 təqvimində olan trasların yerləşdiyi şəhərlərin adlarının verilməsidir.

Diqqətlə baxsaq görərik ki, bu ilin təqvimində Bakıda keçiriləcək Avropa Qran Prisi ilə yanaşı 20 mərhələ, yəni 20 tras mövcuddur. Düz bizim döngələrin sayı qədər.

Misal üçün, 1 nömrəli döngəyə “Melburn” döngəsi, iki nömrəli döngəyə “Saxir” və digər şəhərlərin adlarını vermək olar.

Monaco, Mirabeau
Monako, iki Mirabeau otelləri arasındakı Grand Hotel qarşısındakı sancaq döngə

Bu variantlardan biridir. Misal üçün tanınmış şərhçi Rəhim Əliyev döngələrə Formula1 çempionlarının adlarını verməyi təklif edir, yəni ilk dünya çempionundan başlayaraq 20-ci dünya çempionuna qədər.

Döngələrə yerli adları da vermək olar. Misal üçün, ən maraqlı döngə olacaq Qoşa Qala qapısının yanında yerləşən döngəyə “Qoşa Qala”, bir az sonrakı döngəyə “İsmailliyə” adını vermək olar. “Azneft”, “Filarmoniya”,  “Prezident Aparatı”, “Bulvar”, “İçəri Şəhər” və “SOCAR” kimi adlardan da istifadə etmək olar.

Autograph” dərgisi olaraq bizim irəli sürdüyümüz təklif budur və F-1.az saytı da bu təklifi dəstəkləyir. Ola bilsin F1 azarkeşləri də öz təkliflərini irəli sürsünlər. Təklifi olanlar, Facebook sosial şəbəkəsində səhifəmizdə və yaxud elə bu mətnin sonunda yerləşən bölümdə bizim ilə fikirlərini bölüşə bilərlər.

Suzuka, S Curves
Suzuka, S-vari döngələr (S Curves)

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*