G.Ştayner: Maqnussen çox güclü olub

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Kevin Maqnussen hazırda psixoloji cəhətdən çox güclüdür.

F-1.az xatırladır ki, danimarkalı sürücü kçən il mövsümün başlamasına az müddət qalmış Nikita Mazepinin yerinə transfer edilmişdi. O mövsümün ilk yarışı Bəhreyndə beşinci yeri tutaraq, mükəmməl geridönüş etmişdi. İnterlaqosda isə Haas komandasına tarixinin ilk poulunu qazandırmışdı.

Günter Ştayner: “Yaşı, ata olması və Formula1-ə qayıtmaq üçün geri çağırılması gözəl bir hekayə yaradır. Belə olanda zehniniz də dəyişir və özünəinam yaranır. Hazırda zehni cəhətdən əvvəlki illərə nisbətən güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*