Fransa-2018: Həftəsonuna hava proqnozu

Proqnozlar həftəsonuna dəyişkən hava şəraiti və şənbə gününə yağış vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava bir qədər buludlu olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Termometrlər +30 dərəcəni göstərəcəklər. Şənbə günü hava sərinləyəcək, günün ikinci hissəsi yağıntı gözlənilir. Temperatur +25 dərəcəni keçməyəcək.

Bazar günü də havanın hərarəti eyni olacaq, lakin yağıntı gözlənilmir. Mülayim cənub-şərq küləyi isə komandaların işinə maneçilik törətməməlidir.

, ,