Formula E: İndoneziya yarışı da təxirə salınıb

Bu gün çempionatın mətbuat xidməti Cakartada ilk dəfə keçirilməli olan yarışın ləğvi ilə bağlı yeni açıqlama yayıb.

F-1.az xatırladır ki, keçən həftə Formula E-nin təşkilatçıları koronavirusun yayılması səbəbiylə Romadakı yarışın qeyri-müəyyən müddətə təxirə salındığını elan etmişdilər. İndi isə eyni səbəb üzündən daha bir yarış təxirə salınıb. Beləliklə, İndoneziyanın paytaxtındakı yarış Formula E-də Çin və İtaliyadan sonra xəstəlik üzündən təxirə salınmış ardıcıl üçüncü olub.

“Cakarta Qubernatoru Anis Basvedanın göstərişinə əsasən, eyni zamanda Formula E və FİA ilə məsləhətləşmələrdən sonra İndoneziya Avtoİdman Federasiyası və Cakartadakı yarışın təşkilat komitəsi tədbirin planlaşdırılan tarixdə – iyunun 6-da keçirilməsinin mümkün olmadığına qərar verib, – dərc olunmuş bəyanatda vurğulanıb. – Covid-19-un İndoneziya və Cakartada yayılmağa başlamasını və yoluxanların artdığını nəzərə alsaq, belə bir qərar çempionat iştirakçılarının, komanda üzvlərinin və tamaşaçıların sağlamlığının qorunmasına doğru atılmış məsuliyyətli bir addımdır.

Yarışın daha sonrakı tarixdə keçirilməsi ehtimalını qiymətləndirmək üçün səlahiyyətli şəxslər və Cakartadakı yarış təşkilatçıları ilə birlikdə vəziyyəti yaxından izləməyə davam edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*