F.Kuartararo: Yamaha çox yenilik gətirib

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, mövsümöncəsi testlər üçün səbirsizlənir.

F-1.az xatırladır ki, Yamaha keçən il Valensiyada yeni motosiklet sınasa da, işlər qaydasında getməmişdi. Lakin son testlərdə vəziyyət bir az yaxşılaşıb. Sepanqdakı testlərdə Yamaha daha çox detal test edəcək.

Fabio Kuartararo: “Sınama yürüşlərinin son gününü Kel ilə birlikdə keçirdim. Hər şey yaxşı görünür, ancaq qəti bir söz deyə bilmərəm. Üçgünlük qış testlərini gözləməliyik. Bu testlər üçün səbirsizlənirəm.

Yamaha çox işlədi. Çoxlu yenilik gətiriblər. Çox gərgin üç gün keçirəcəyik və buna görə özümü yaxşı hiss edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*