E.Okona xəbərdarlıq edilib

Alpine komandasının sürücüsü Esteban Okon yarışdan sonra bolidini tapşırılan yerdən kənarda saxladığı üçün stüardlar tərəfindən xəbərdarlıq elan olunub…

Yarışın finişindən sonra Esteban Okon stüardların yanına çağırılıb – fransalı sürücü yarış direktorunun təlimatını pozub. Belə ki, təlimata əsasən, ilk üçlük finişdən sonra pit yoluna qayıtmaqla onların finiş mövqelərini bildirən lövhələrin önündə dayanmalıdır.

Alpine sürücüsü isə maşını pit yolunun çıxışına yaxın saxlayıb. Sürücü bildirib ki, pit yoluna girişi qaçırdığı üçün boksa ən yaxın yeri pit yolununçıxışı bilib və ora yaxın saxlayıb.

Stüardlar sürücünün izahatını dinlədikdən sonra ona mövsümdə ilk dəfə xəbərdarlıq elan etməklə kifayətləniblər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*