C.Rassell: Düzgün istiqamətdəyik

Mercedes mövsümə uğursuz başlayıb və yeni W14 hətta keçənilki W13-dən də zəif görünür.

F-1.az xəbər verir ki, buna baxmayaraq, komandanın gənc sürücüsü hesab edir ki, vəziyyətin düzgün qiymətləndirilməsi və çempionatda fasilə vəziyyətin dönüşünə kömək edəcək.

Corc Rassell: “Görünür, biz son iki və ya üç həftə ərzində bütün qış fasiləsindən fərqli olaraq, simulyatorda daha çox həll yolu tapmışıq. Aydındır ki, biz indi düzgün istiqamətdə gedirik. Maşınla çox işləyirik, əlimizdən gələni edirik. Mən sizə bütün təfərrüatları verə bilmərəm – əvvəlcə bütün yeni elementlərin gözlədiyimiz kimi işlədiyinə əmin olmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*