C.Batton ata olmağa hazırlaşır

Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton ata olmağa hazırlaşır.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2000-2017-ci illərdə Formula1-də çıxış edib və 15 qələbə qazanıb. 39 yaşlı sürücü Formula1-də sonuncu yarışına 2017-ci ildə Monakoda çıxmışdı.

Bu gün İnstaqram hesabında açıqlama verən Batton qız rəfiqəsi Britni Uardın hamilə olduğunu deyib. Qeyd edək ki, Censonun hələ də övladı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*