09 Dekabr 2018, Bazar - 23:28

Braziliya-2018: Yarışa hava proqnozu

Braziliya-2018: Yarışa hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:06 - 11 Noyabr, 2018

Cümə və şənbə günləri buludlar səmanın üzünü örtsə də, güclü yağış yağmayıb – sadəcə sıralanma turunda tras yüngülcə islanıb. Amma bazar gününə hava proqnozu güclü yağış vəd edir.

F-1.az avtodromun saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 15:10-da yollanacaqlar. Şənbə günü ilə müqayisədə hava çox qızacaq – günorta termometrlər +27 dərəcəni göstərəcklər, zəif qərb küləyi əsəcək.

Hazırda yarışın ikinci yarısında yağışın yağması ehtimalı 50% təşkil edir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər , , ,
Paylaş

logo