Belçika-2021: İkinci sərbəst yürüşlər

İlk məşqdən sonra Spada yağış yağıb, Formula 3 sürücüləri qurumaqda olan asfaltda sıralanma turu keçiriblər, ikinci məşqlərin əvvəlində isə, demək olar ki, yeddikilometrlik tras tam quruyub.

F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Bottas, Rəykkönen və Qasli keçid təkərlərlə trasın vəziyyətini qiymətləndiriblər, sonra Norris Hard-la liderliyi ələ keçirib və bundan sonra hamı orta və yumşaq təkərlərin effektivliyini qiymətləndirməyə köklənərək sliklərə keçib.

Karlos Sayns və Yuki Tsunodanın nəticələri 9-cu döngədə trasdan kənara çıxdıqları üçün ləğv edilib. Sessiya sarı bayraqlarsız ötüşməyib – Pyer Qasli beşinci döngədə ehtiyat yola çıxıb, Okon 13-cü döngənin çıxışında fırlanıb – hər iki haıda maşınlara zərər dəyməyib, amma təkər dəstləri sıradan çıxıb.

Sessiyanın 44-cü dəqiqəsində qırmızı bayraqlar dalğalanıb – Lekler 6-cı döngənin çıxışında baryerlərə çırpılıb. Sürücülər dövrələr seriyasını kəsərək yenidən boksa qayıtmalı olublar. Beş dəqiqə sonra sessiya bərpa edilib.

İkinci dəfə qırmızı bayraqlar son dəqiqələrdə dalğalanıb – bu dəfə 7-ci döngənin çıxışında Ferstappenin qəzasından sonra. İzafi dönüşü kompensasiya etməyə çalışan Ferstappen divara çırpılıb. Sessiyanı davam etdirməmək qərara alınıb.

Protokollara isə Maks Ferstappen başçılıq edib – 1:44.472, ilk üçlük isə cəmi 0.072 saniyəyə yerləşib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:44.472 12
2 77 Valtteri Bottas Mercedes 1:44.513 + 0:00.041 14
3 44 Lyuis Həmilton Mercedes 1:44.544 + 0:00.072 13
4 14 Fernando Alonso Alpine 1:44.953 + 0:00.481 15
5 10 Pyer Qasli AlphaTauri 1:44.965 + 0:00.493 17
6 18 Ləns Stroll Aston Martin 1:45.180 + 0:00.708 14
7 31 Esteban Okon Alpine 1:45.302 + 0:00.830 15
8 5 Sebastyan Fettel Aston Martin 1:45.336 + 0:00.864 16
9 4 Lando Norris McLaren 1:45.386 + 0:00.914 18
10 11 Serxio Peres Red Bull 1:45.404 + 0:00.932 13
11 55 Karlos Sayns Ferrari 1:45.517 + 0:01.045 14
12 22 Yuki Tsunoda AlphaTauri 1:45.758 + 0:01.286 17
13 99 Antonio Covinatsi Alfa Romeo 1:45.789 + 0:01.317 16
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:45.967 + 0:01.495 18
15 3 Daniel Rikkardo McLaren 1:46.118 + 0:01.646 14
16 6 Nikolas Latifi Williams 1:46.198 + 0:01.726 17
17 63 Corc Rassell Williams 1:46.665 + 0:02.193 14
18 16 Şarl Lekelr Ferrari 1:46.836 + 0:02.364 13
19 9 Nikita Mazepin Haas 1:47.335 + 0:02.863 14
20 47 Mik Şumaxer Haas 1:47.529 + 0:03.057 15
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*