12 Dekabr 2018, Çərşənbə - 18:41

Bəhreyn-2016: Birinci sərbəst yürüşlər

Bəhreyn-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:55 - 01 Aprel, 2016

İki həftə əvvəl Melburnda komandalar cümə gününü yağış üzündən itirmişdilər, ona görə də Bəhreyndə cümə məşqləri mövsümöncəsi testlərdən sonra yeni maşınlarla işləmək üçün real şans idi. Bir çox komandalar Bəhreynə yeniliklər gətiriblər, sessiyanın əvvəlində maşınlar trasa ölçmə cihazları ilə çıxıblar – mühəndislər hələ də məlumat toplayırlar…

F-1.az xəbər verir ki, iki komandada heyət dəyişikliyi baş verib – Force İndia komandasında Alfonso Seliş yalnız bir sessiyalıq Serxio Peresi əvəz edibsə, Stoffel Vandorn McLaren-in əsas sürücüsü Fernando Alonsonu bütün həftəsonuna əvəzləyib. İspaniyalı sürücünün iki həftə əvvəl Melburnda keçirdiyi qəza zamanı aldığı xəsarətlər həkimlərin sükan arxasında oturmaq qadağası ilə nəticələnib. Hər iki sürücü rəsmi Qran Pri sessiyalarında debüt edib.

Şərait Bəhreyn üçün ənənəvi olmayıb – keçən il havanın temperaturu +30 dərəcədən çox idi, amma bu dəfə termometr +28 dərəcəni aşmayıb. Trasda vəziyyət yaxşı olmasa da, qumun azlığı sürücüləri sevindirib – həftənin başlanğıcından yağan aramsız yağışlar trası təmizləyiblər. Sürücülər çox səhv ediblər, amma geniş təhlükəsizlik zonaları maşınların zədələnməməsinə səbəb olublar.

Sessiya zamanı ciddi insident yaşanmayıb. Sürücülər yalnız Medium və Soft tərkibləri ilə işləyiblər. Protokollara isə Niko Rosberq başçılıq edib, günün ən böyük məsafəsini Kvyat və Eriksson qət ediblər. Gün batdıqdan sonra sessiya davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1: 32.29424
244Lyuis HəmiltonMercedes1: 32.799+ 0:00.50524
37Kimi RəykkönenFerrari1: 34.128+ 0:01.83416
43Daniel RikkardoRed Bull1: 34.461+ 0:02.16727
526Daniil KvyatRed Bull1: 34.541+ 0:02.24730
627Niko HülkenberqForce İndia1: 34.601+ 0:02.30728
755Karlos SaynsToro Rosso1: 34.793+ 0:02.49921
833Maks FerstappenToro Rosso1: 34.860+ 0:02.56619
98Roman QrojanHaas1: 35.000+ 0:02.70618
1019Felipe MassaWilliams1: 35.006+ 0:02.71219
115Sebastyan FettelFerrari1: 35.073+ 0:02.77914
1277Valtteri BottasWilliams1: 35.174+ 0:02.88021
1321Esteban QutyerresHaas1: 35.309+ 0:03.01519
1422Censon BattonMcLaren1: 35.440+ 0:03.14628
1520Kevin MaqnussenRenault1: 35.490+ 0:03.19627
169Markus ErikssonSauber1: 35.728+ 0:03.43430
1794Paskal VerlyaynManor1: 36.371+ 0:04.07726
1847Stoffel VandornMcLaren1: 36.392+ 0:04.09825
1912Felipe NasrSauber1: 36.719+ 0:04.42524
2030Colion PalmerRenault1: 36.939+ 0:04.64528
2134Alfonso SelişForce İndia1: 37.287+ 0:04.99323
2288Rio HaryantoManor1: 37.714+ 0:05.42027

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 388
Teqlər ,
Paylaş

logo