21 İyul 2019, Bazar - 06:21

Barselona, 21.02.2019

Barselona, 21.02.2019

Müəllif: Elçin Zodorov, redaktor

21:10 - 21 Fevral, 2019

Keçən il testlər bir həftə gec başlasa da, soyuq, hətta qarlı havaya təsadüf etmişdi. Bu il isə hava şəraiti yaxşı olub. Səhər saatlarında bəzi sürücülərin trasdan çıxmalarını saymasaq, testlərin ilk dördgünlüyü Williams istisna olmaqla? bwtwn komandalar üçün sakit keçib.

F-1.az xəbər verir ki, dördüncü gün də trasdan çıxma ilə başlayıb – Norris nə qədər ehtiyatlı davranmağa çalışsa da, özünü beşinci döngədəki çınqıllıqda tapıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Qırmızı bayraqlar ikinci dəfə nahardan sonra dalğalandırılıb. Bu dəfə Hülkenberq komandanın tələbi ilə trasda dayanmalı olub, bütün sürücülər dövrələrini tamamlayaraq bokslara qayıdıblar.

Kubitsa günün ilk hissəsində komandasına kömək edib. 48 dövrə vuran polşalı sürücünü günün ikinci hissəsində Corc Rassel əvəzləyib və aerodinamikanı test etməyə başlayıb. Gənc sürücü yavaş və sabit dövrələr vurub.

Sürücülərin əksəriyyəti ən yumşaq tərkiblə sürətli dövrələr vurmaq üçün çalışıblar. Günün ilk hissəsində C4 tərkibləri ilə nəticə göstərən Həmilton Rikkardoya bir qədər uduzub. Nahardan sonra isə onları komanda yoldaşları əvəzləyib, bu dəfə də Hülkenberq Bottası üstələməyə nail olaraq protokollara başçılıq edib – 1:17.393

Günün ən çox dövrə vuran sürücüsü Covinatsi olub, lakin son dəqiqələrdə maşını trasda saxlamalı olub və sessiya üçüncü dəfə qırmızı bayraqlarla dayandırılıb.

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
127Niko HülkenberqRenault1:17.39324С5
223Aleksandr ElbonToro Rosso1:17.637+ 0:00.244136С5
33Daniel RikkardoRenault1:17.785+ 0:00.39234С5
477Valtteri BottasMercedes AMG1:17.857+ 0:00.46457С5
544Lyuis HəmiltonMercedes AMG1:17.977+ 0:00.58458С4
616Şarl LeklerFerrari1:18.046+ 0:00.653138С3
74Lando NorrisMcLaren1:18.431+ 0:01.038132С4
899Antonio CovinatsiAlfa Romeo1:18.511+ 0:01.118154С3
98Roman QrojanHaas1:18.563+ 0:01.17064С3
1020Kevin MaqnussenHaas1:18.720+ 0:01.32766С3
1110Pyer QasliRed Bull1:18.780+ 0:01.387146С3
1218Ləns StrollRacing Point1:19.664+ 0:02.27172С2
136313. Д.РасселлWilliams1:20.997+ 0:03.60417С3
1488Robert KubitsaWilliams1:21.542+ 0:04.14948С2

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 86
Teqlər , , , ,
Paylaş

logo