F.Vassyör: “Palmer özünü göstərsə, qalacaq”

Renault Motorsport-un rəhbəri Frederik Vassyör bildirib ki, Palmer Hülkenberqlə mübarizə apara bilsə, komanda onunla çoxillik müqavilə bağlayacaq.

F-1.az xatırladır ki, fransızlar Bottas, Sayns və Peres kimi sürücülərlə danışıqlar aparsalar da, sonda Palmerlə müqavilə uzatmaq qərarına gəlmişdilər. Britaniyalı sürücünün komanda yoldaşı Niko Hülkenberq olacaq.

Frederik Vassyör: “Niko daha əvvəl poul qazanıb. Colionun özünü göstərməsi üçün şansı var. Əgər Niko ilə mübarizə apara bilsə, deməli güclüdür və biz onu daha bir il komandada saxlayacayıq. Colion onsuz da öz potensialını, sürətini və komandaya olan sadiqliyini göstərib. Buna görə də üstünlüyü olacaq.

Sürücü qərarımızı neçə dəfə təxirə saldığımızı bilirsiniz. Sürücü akademiyasında 3 gənc sürücümüz var. Buna görə də təxirə salmaq məntiqli idi. Colion mövsümə pis başlasa da, son yarışlarda güclü performans göstərdi. Əgər keçmişdə çıxış etdiyu seriyalara baxsaq, get-gedə gücləndiyini görərik. Çempion olduğu GP2-də əvvəl 20-ci oldu, sonra 13-cü, sonra 6-cı və ən sonda çempion oldu.

Gələn il nə olacağını proqnozlaşdıra bilmərik, amma onun daha güclü olacağına əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*