Ayrton Sennanın xatirəsinə sərgi açılıb

Bu gün Montsada üçqat dünya çempionu Ayrton Sennaya həsr edilmiş "Ayrton Senna. L'ultima notte" (Ayrton Senna. Son gecə) adlı sərgi fəaliyyətə başlayır.

F-1.az xəbər verir ki, sərgidə Erkole Kolombonun müəllifi olduğu şəkillər nümayiş olunacaq. Erkele Kolombo əslən Montsadan olan  Formula1 fotoqrafıdır. O, 70-ci illərin əvvəlindən Formula1 fotoqrafı kimi çalışır.

Sərginin əsas hissələrindən biri də, Ayrtonun dostlarına, sevgililərinə, ailəsinə və dinə bağlılığını əks etdirir.

Sərgi ancaq şəkillərdən ibarət olmayacaq. Qonaqlar həmçinin, Ayrtonun 1979-cu ildə idarə etdiyi kartı, dəbilqəsini, McLaren və Williams komandalarında geyindiyi kombinezonları görə biləcəklər.

Sərgi fevralın 17-dən iyulun 24-ə qədər fəaliyyət göstərəcək. Biletlərin qiyməti 5 avrodur. Sərgi həftənin beş günü fəaliyyət göstərəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*