M.Ferstappen: “Sennaya bənzədilmək qürurvericidir”

Braziliya yarışındakı performansından sonra Sennaya bənzədilən Ferstappen mövzu barədə heç nə demək istəməyib.

F-1.az xatırladır ki, Maks Ferstappen Braziliya yarışının son 10 dövrəsində 16-cı yerdən 3-cü yerə yüksəlmiş və 19 yaşlı sürücünün bu performansı Ayrton Sennanın 1993-cü ildəki performansı ilə müqayisə olunmuşdu.

Maks Ferstappen: “Yarışdan sonra hamı mənim barədə gözəl sözlər dedi. Bu. məni sevindirdi. Təhlükəsizlik avtomobili trasa girdikdən sonra fərqli trayektoriyaları yoxlamışdım. Ən ideal xətti tapmaq istəyirdim. Özümü kartinqdəki kimi hiss etdim. Amma buradakı avtomobil daha böyük idi. Tez-tez sürüşürdük və limitdə gedirdik.

Senna ilə müqayisə olunmağım qürurvericidir, amma fikrimi belə şeylərlə dağıtmamalı və sakit qalmalıyam. Özümü inkişaf etdirməyə çalışıram. Heç vaxt istənilən səviyyədə olmursunuz. Buna görə də çox işləməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*