C.Cekobi: Senna Williams-a 1992-ci ildə gedə bilərdi

Ayrton Sennanın meneceri işləmiş Culian Cekobi bildirib ki, Senna Williams-a daha əvvəl keçə bilərmiş.
F-1.az xatırladır ki, Naycel Mənsell 1992-ci ildə Williams ilə çempion olmuşdu. Lakin bu titul Ayrton Sennaya nəsib ola bilərmiş. Cekobi bildirib ki, Senna 1991-ci ildə McLaren və Williams arasında seçim etməli olub, lakin Honda-ya borclu olduğunu düşündüyündən, Uokinqdə qalmağa qərar verib.