Avstraliya-2020: Mətbuat konfranslarının cədvəli

Avstraliya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Sebastyan Fettel (Ferrari), Lyuis Həmilton (Mercedes), Daniel Rikkardo (Renault) və Nikolas Latifi (Williams) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mattia Binotto (Ferrari), Zak Braun (McLaren), Toto Volff (Mercedes) və Kristian Horner (Red Bull) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*