A.Zaydl: Aerodinamik boru hazır olmasa da, inkişaf edəcəyik

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, aerodinamik boru hazır olmasa da, inkişafa davam edəcəklər.

F-1.az bildirir ki, McLaren baza və aerodinamik boru cəhətdən ilk üçlük komandalarından geri qalır və buna görə də yeni boru hazırlanır. Bu aerodinamik borunun gələn ilin sonunda hazır olması gözlənilir.

Andreas Zaydl: “Gələnilki hədəfimiz məlumdur: Bütün sahələrdə inkişaf etmək. Bu inkişaf sadəcə bolidlə əlaqəli deyil, eyni zamanda komanda kimi də inkişaf etməliyik.

Hazırda komanda olaraq performansımızdan xəbərdaram. Xüsusəm də ilk üç komanda ilə müqayisədə baza cəhətdən zəifik. Hətta, bu cəhətdən Alpine və başqa komandalardan da zəifik. Belə olan halda Mühəndislər Kubokunda qabağa gedə bilmərik. Eyni zamanda biz yarış komandasıyıq və tezliklə rəqabətədavamlı olmaq istəyirik. Bunun üçün çox işləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*