A.Prost Alpine-dən ayrılır

Alpine komandasının məsləhətçisi Alen Prost vəzifəsindən ayrılır.

F-1.az xatırladır ki, fransız komandası Loren Rossinin rəhbərliyi ilə yenidəənqurma işlərinə davam edir. Komanda keçən günlərdə Marçin Budkovski ilə yollarını ayırmışdı. Rossi hazırda müvəqqəti olaraq komandaya rəhbərlik edir.

Bəzi resurslara görə Aston Martin-dən ayrılan Otmar Safnauer növbəti günlərdə komandaya rəhbər gələcək. Yeni dəyişikliklərdən sonra Alen Prost da Alpine-dən gedəcək. Xatırladaq ki, dördqat Dünya Çempionu 2015-ci ildə məsləhətçi kimi komandaya gəlmişdi.

Prostun müqaviləsi 2021-ci ilin sonunda bitirdi və rəhbərlik müqaviləni yeniləməkdən imitina edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*