Z.Braun: Mövsüm maraqsız deyildi

F-1.az bildirir ki, McLaren-in başçısı Zek Braun Maks Ferstappenin üstünlüyünün mövsümü heç də darıxdırıcı etmədiyini düşünür.

Zek Braun: “Yarışlar daha maraqlı oldu. Bəziləri bütün maşınların eyni görünəcəyindən narahat idilər, amma belə olmadı, çünki çox fərqli yanaşmalar var. Qaydaları həmişə təkmilləşdirmək lazımdır, amma hər şey yaxşı gedir, mövsüm maraqlı keçdi. Ferstappenin üstünlüyünə baxmayaraq, darıxdırıcı deyildi. Yarışlar çox maraqlı keçdi. Bizə gəlincə, çox şey öyrənmişik. Eniş-yoxuşlar oldu. Maşınımız ötənilki kimi yaxşı olmasa da, daha etibarlı oldu. Pit-stoplar da yaxşılaşdı, çox şey öyrəndik. Gələn il üçün ümidliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*