X.Martin: Markla mübarizədə çox şey öyrəndim

Pramac Ducati komandasının sürücüsü Xorxe Martin bildirib ki, Mark Markeslə mübarizədə çox şey öyrənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransada uzun müddətdən sonra ilk dəfə problemsiz yarış keçirib və finişə ikinci yerdə çatıb. O, yarışda uzun müddət Mark Markeslə ikinci yer uğrunda mübarizə aparıb və sonda onu keçə bilib. Bu onun mövsümdəki ilk podiumu olub.

Xorxe Martin: “Mark ilə doğrudan da çox yaxşı mübarizə apardıq. Bundan həzz aldım, çünki Portimaoda təmas yaşamışdıq və problemləri həll etmək üçün bundan yaxşı yol yox idi.

Sürətıi və aqressiv olsa da, hər ikimiz mübarizədə bir-birimizi yer buraxırdıq. Problem yaşadığı bir yerdə ona hücum etdim və o, səhvə yol verdi.

Podiuma görə sevinirəm. Bu il əsas yarışda ilk dəfə podiuma yüksəldim. Sprintdə sürətli olduğum dəqiqdir, amma bazar günü podiumun böyük dəyəri var.

Yarışdan sonra Markla media mərkəzində görüşdük və məni təbrik etdi. Onunla mübarizə etmək çox çətindir. Pekko ilə olan mübarizəyə baxanda deyirdim ki, oni necə keçəcəm? Onunla mübarizədə çox vaxt itirdim. Buna görə Bezzekki ilə qələbə uğrunda mübarizə apara bilmədim.

Ötmə zonalarında və rəqiblərlə mübarizədə daha yaxşı olmalıyam, çünki ön təkər təzyiqi ilə mübarizə aparıram. Markla mübarizədə çox şey öyrəndim və ümid edirəm ki, bundan növbəti yarışlarda istifadə edərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*