VR46 rəng çalarını təqdim edib

MotoGP əfsanəsi Valentino Rossinin komandası VR46 ikinci mövsüm üçün rəng çalarını təqdik edib.

F-1.az VR46 idmanda keçən il debüt edib. Komandanın baş sponsoru isə İtaliyanın bank firmalarından biri olan Mooney-dir.

Komanda keçən il yaxşı performans göstərmiş və debütant Marko Bezzekki ilə Hollandiyada podiuma yüksəlmişdilər. Luka Marini isə stabil performansla davamlı xallar qazanmışdı.

Komanda bu il də heyətini dəyişməyəcək və onlar Banyayanın 2022-ci ildə titul qazandığı motosikleti sürəcəklər.

VR46 komandası bu il yarışacağı motosikletin rəng çalarını təqdim edib. Rəng çalarında demək olar ki, dəyişiklik yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*